Ata qızının dırnağını kəlbətinlə çəkdi, sobada çiynini yandırdı, yerə çırpdı - CƏZA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Ata qızının dırnağını kəlbətinlə çəkdi, sobada çiynini yandırdı, yerə çırpdı - CƏZA

Sumqayıt Şəhər Məhkəməsində əzab vermədə, xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Vahid Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Fərəcov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Vahid Fərəcov 2023-cü il oktyabrın ortasında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə qızı, 2012-ci il təvəllüdlü Nəzrin Fərəcovanın (şərti) baş nahiyəsini heç bir əsaslı səbəb olmadan odun sobasına salmaq istəyib. Bu zaman qızın sağ çiyni sobaya dəyib. Nəticədə Nəzrinin sağ çiyin nahiyəsi yanıb.

Təqsirləndirilən şəxs həmin il noyabrın sonunda yaşadığı evdə qızının sağ ayağının baş barmağındakı dırnağı kəlbətinlə çəkib övladına əzab verib.

Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə köməksiz vəziyyətdə olan Nəzrinin baş nahiyəsini heç bir əsaslı səbəb olmadan su dolu vedrəyə salıb-çıxarıb. Daha sonra Vahid onu hündürə qaldırıb yerə çırparaq sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib.

Daha sonra Vahid Fərəcov saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 17.12.24 12:23