Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Küçədə arvadını döydü, qonşusunu bıçaqladı

13.12.2024 18:00 1 293
Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda və qanunsuz narkotik saxlamada təqsirləndirilən R.Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 16 mart 2023-cü il tarixdə, saat 19:30-da Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, R.Heydərov sərxoş vəziyyətdə yaşadığı evdə arvadı, zərərçəkmiş N.Hacıxanova ilə mübahisə edib. Qadın ərinin aqressiv hərəkətlərindən qorxaraq küçəyə çıxıb. R.Heydərov arvadının ünvanına söyərək onun arxasınca qaçıb. R.Heydərov qonşusu, zərərçəkmiş Y.Müslümovun evinin qarşısında qadına nalayiq söyüşlər işlədib, əli ilə vurub yerə yıxıb. Bu zaman N.Hacıxanova möhkəm qışqırıb, Y.Müslümov səsə çölə çıxıb. Qonşusu təqsirləndirilən şəxsin bu hərəkətlərinin qarşısını almaq istəyib. Həmin vaxt R.Heydərov bıçaqla Y.Müslümovun döş qəfəsinin sol tərəfinə qəsdən bir zərbə vuraraq xəsarət yetirib.

Daha sonra R.Heydərov saxlanılarkən onun üzərində satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələr aşkarlanıb.

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə R.Heydərov 4 il müddətə azadlıqdan məhrum edilib.

Son xəbərlər