Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

13.12.2024 11:22 1 734
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) məlumatında deyilir.

Məlumata görə, BŞDYPİ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Chevrolet" markalı, 77-YX-266 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Səbuhi Bəşirov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.Bəşirovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Bəşirovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər