Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU

10.12.2024 15:29 2 358
Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən İmran Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Əsədova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, İmran Əsədov tanışı, zərərçəkmiş Qalib Qabilova (şərti) özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib. O, zərərçəkmişin direktoru olduğu "ELN Company" MMC-in Azərbaycana idxal etdiyi qida əlavələrini satıb bir qisminin pulunu ödəyərək inandırıb. İmran bu minvalla 2019-2021-ci illərdə ümumi dəyəri 39 847 manat olan qida əlavələrini və gigiyenik vasitəni MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində yerləşən anbarından ələ keçirib sataraq pulunu ələ keçirib.

İstintaq dövründə İmran Əsədovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Son xəbərlər