Mojo.az Banner
23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |    
Left Banner
Right Banner

Qobustanda QƏTL: "Günel "boğ məni" dedi, mən də boğdum"

30.10.2024 12:42 1 542
Qobustanda QƏTL:
Qobustanda arvadı, 42 yaşlı Günel Tahir qızı Sadıqovanı öldürən 51 yaşlı Mürsəl Əlislam oğlu Cabbarovun məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Cabbarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin 12 mart tarixində baş verib. Mürsəl Cabbarov arvadını iplə boğaraq öldürdükdən sonra bıçaqla özünə xəsarət yetirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə aralarındakı mübahisə barədə danışıb:

"Aramızda ciddi bir mübahisə olmamışdı. Uşağı danladıqdan sonra Günel evi tərk edib atasından qalan evə getdi. Hadisənin bu cür nəticələnəcəyini ağlıma belə gətirməzdim. Özümü idarə edə bilməmişəm. Sadəcə Günelin "Boğ məni!" deməsini xatırlayıram və mən də onu boğdum. Başqa bir məqsədim olmayıb" , - deyə Cabbarov bildirib.

O, hadisə anında tək olduğunu və yoldaşını evə qaytarmaq üçün getdiyini əlavə edib:

"Evə çatanda Günel ayaq üstə dayanmışdı. Ona yaxınlaşıb bir dəqiqə içində iplə boğazını sıxdım. Hadisə zamanı ağlım başımda deyildi. Sonra özümə də bıçaqla xəsarət yetirdim. Törətdiyim əməldən çox peşmanam" ,- deyə təqsirləndirilən şəxs ifadəsində vurğulayıb.скачать dle 11.3