Bakıda bıçaqlanma hadisəsi baş verib.
1994-cü il təvəllüdlü Fərid Vahid oğlu İsmayılov bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Əlavə məlumat veriləcək.
* * * * *
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən "Pubar" iaşə obyektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Fərid Vahid oğlu İsmayılov sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.
Həmin şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb, daha sonra onu bıçaqlayıb. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O, əməliyyat edilib. Həkimlər F.İsmayılovun vəziyyətini stabil olaraq qiymətləndirirlər.
Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus "Lux" idman zalı var.