Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş obyektdən oğurluq etməkdə şübhəli bilinən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlını saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, dəstə üzvlərinin ələ keçirdikləri əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.