Bakıda mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib:
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 yaşlı L.Babayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub".