Casusluğu sübuta yetirildi - 16 il cəza aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |     12:25 Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT (VİDEO)  |     12:17 Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU - VİDEO (YENİLƏNİB)  |     12:09 Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA  |     12:07 Ağcabədidə 60 yaşlı kişi özünü başından güllələdi  |    

Casusluğu sübuta yetirildi - 16 il cəza aldı

Xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz Cəfərzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham kifayət qədər dəlil və sübut, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapıb.

Hökmə əsasən, M.Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İş materiallarından görünür ki, Mirhafiz Cəfərzadənin əməlləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla mübarizə tədbirləri zəminində əməliyyat-istintaq hərəkətləri həyata keçirilən zaman üzə çıxıb.

Müəyyən edilib ki, Mirhafiz Mirisaq oğlu Cəfərzadə xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmiş, hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları "Telegram" tətbiqi sistemi vasitəsilə göndərib.

Qeyd olunan əməllərinə görə, M.Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 16.10.24 18:29