Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər - HÖKM » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |     12:25 Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT (VİDEO)  |     12:17 Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU - VİDEO (YENİLƏNİB)  |     12:09 Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA  |     12:07 Ağcabədidə 60 yaşlı kişi özünü başından güllələdi  |     11:50 Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir  |    

Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər - HÖKM

Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.

"Report" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.

İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.

Həmçinin o, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyevlə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.

A.Alıyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.1-ci (oğurluq) və 177.2.2-ci (təkrar oğurluq), Elçin Əliyev isə 177.2.1-ci (oğurluq) və 177.2.2-ci (təkrar oğurluq) maddələri ilə ittiham olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 15.10.24 14:04