Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |     20:34 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |     20:27 Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər  |     20:19 Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO  |     20:12 Şarl Mişel COP29-da iştirak edəcək  |     20:04 Dünyanın 21 yaşadək ən bahalı futbolçularının siyahısı açıqlanıb  |     19:57 Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb  |    

Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Tərtərdə əməliyyat keçirib. Əməliyyat tədbir zamanı Anar Məmmədov, Elşad İbrahimli, Həbibə Həbibli, Xeyri Həcər, Emin Məmmədov və Nurəddin adlı sahibkar tutulublar.

Musavat.com-un məlumatına görə, onlar ünvanlı sosial yardımların saxta sənədlər əsasında təyin olunmasında ittiham edilirlər.

Tutulanlardan Anar Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tərtər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan onu bu postda Emin Məmmədov əvəzləyib. Anar Məmmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər şöbəsinin müdiri vəzifəsinə keçirilib.

İstintaqın qənaətinə görə, Anar Məmmədov, ardından Emin Məmmədov DSMF Tərtər şöbəsinin müdiri işlədikləri dövrdə həmin şöbədə sektor müdiri və əməkdaşları vəzifələrini tutan Elşad İbrahimli, Həbibə Həbibli və Xeyri Həcər, sahibkar Nurəddin adlı şəxslə əlbir olub saxta sənədlər əsasında ünvanlı sosial yardım təyinatı aparmaqla külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.

Həbs olunan Anar Məmmədovun Tərtər rayonunun keçmiş deputatı Sahib Alıyevin yaxın qohumu olduğu da bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 16.09.24 16:11