Xəstəxanada növbəyə görə həmyerlisini döyən şəxsə cəza verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? - Video  |     22:51 DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib  |     22:42 Putin müharibənin bitəcəyi tarixi açıqladı  |     22:30 Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək  |     22:13 Şirvanda qadın dəm qazından boğuldu  |     22:03 Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı  |     21:54 Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm  |     21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |    

Xəstəxanada növbəyə görə həmyerlisini döyən şəxsə cəza verildi

Goranboy Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İdris Nəsibzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2000 manat cərimə cəzası təyin olunub.

İttihama görə, hadisə 24 may 2024-cü il tarixdə, saat 11 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin dəhlizində qeydə alınıb.

Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü İdris Nəsibzadə həmyerlisi, zərərçəkmiş Bayram Nuruzadə (şərti) ilə mübahisə edib. Mübahisəyə həkim qəbuluna növbə səbəb olub. Bu zaman o, zərərçəkmiş şəxsin ünvanına söyüş söyərək, hər iki əli ilə onun yaxasından tutub itələyərək yerə yıxıb. Sonra İdris Bayramı döyərək ona xəsarət yetirib. Hadisədən sonra İdris Nəsibzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 11.09.24 11:45