Mojo.az Banner
23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |     22:57 Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı  |     22:50 İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi  |     22:45 "Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun" - İran  |     22:36 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:30 Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı  |     22:22 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:17 Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi  |     22:09 Dardanel boğazı müvəqqəti bağlandı  |     22:05 Könül Həmzəyeva saxlanıldı  |     21:55 İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq  |     21:47 Tiktoker “Şiva” həbs edildi  |     21:36 Polis həmin “həkim”i saxladı  |     21:32 İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib  |     21:29 Daha bir ölkə İrandakı səfirliyini bağladı  |     21:23 Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi  |     21:18 Naxçıvanda dəmir yolu xətti yenidən qurulur - Video  |     21:12 Pensiyalar tam ödənildi  |     21:07 "Neftçi" 23 min manat cərimələndi  |     20:59 Azərbaycanda 198 uşaq vərəmə yoluxub  |    
Left Banner
Right Banner

Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb - VİDEO

07.09.2024 16:20 1 521
Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb - VİDEO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.скачать dle 11.3
Mojo.az Banner