Uşaq köynəyini başlarına keçirib "MilliÖn"ü soydular - Könüllü təslim oldular » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Uşaq köynəyini başlarına keçirib "MilliÖn"ü soydular - Könüllü təslim oldular

Goranboyda başlarına uşaq koftasını taxıb "MilliÖn" ödəmə terminalından pul oğurlayan qohumlara hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 18 mart 2024-cü il tarixdə, saat 01.00 radələrində Goranboy rayonunun Qaraçinar kəndində yerləşən "İbrahim" adlı marketdə baş verib.

1996-cı ildə Goranboyun Qaraçinar kəndində anadan olmuş Elxan Bədəlov (soyad şərti) dayısı oğlu, 2005-ci ildə Goranboy şəhərində anadan olmuş Ziyad Məmmədovla (soyad şərti) əvvəlcədən planlaşdırdıqları oğurluq hadisəsini törədiblər.

Belə ki, Elxan əyninə Dövlət Sərhəd Xidmətinin formasını, Ziyad isə qara paltar geyinib, başlarına isə uşaq köynəyini (tanınmamaq üçün) keçirərək, sözügedən mağazada "MilliÖn" ödəmə terminalını linglə sındıraraq, 8983 manat pul oğurlayıblar. Onlar mağazadan heç nə götürməyiblər.

Qohumlar pulları Gəncə şəhərində dollara çeviriblər. Elxan Bakıya gəlib və işləmək üçün Türkiyəyə yollanmaq istəyib. Lakin Bakıdan geri qayıdaraq polisə təslim olub.

Onlar oğurladıqları pulları polisə veriblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 26.08.24 20:58