Bakıda britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Bakıda britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxıldı

Bakıda tanış olduqları britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.

Məhkəmə təqsirləndirilənlər - E.Nəsrəddinova və Y.Məmmədova ilə bağlı hökmü araşdırdıqdan sonra sonuncunun şikayətini əsaslı hesab edib.

Məlumat üçün deyək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 ay əvvəlki hökmü ilə E.Nəsrəddinova 11 il, Y.Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilmişdi.

Yuxarı instansiya məhkəməsinin qərarı ilə Y.Məmmədovanın hamilə olması nəzərə alınaraq cəzası şərti hesab edilib. O, dərhal azadlığa buraxılıb. Digər xanım müttəhimin şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən qadınlar ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar. Zərərçəkmişin şikayəti əsasında xanımların hər ikisi cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 24.08.24 17:46