Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Dardoqqaz kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Ümumi çəkisi 3 ton 700 kiloqram olan 3083 ədəd çətənə kolu yandırılaraq məhv edilib.