Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, T.Məmmədovadan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.