Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində silsilə oğurluq, həmçinin soyğunçuluq cinayətləri törədən əvvəllər məhkum olunmuş Elvin Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxs iyul ayının 24-də Ağstafa rayonu ərazisindəki mənzillərdən birindən 900 manat və iki ədəd üzüyü talayaraq ələ keçirib.
Bundan başqa, araşdırmalar zamanı şübhəli şəxsin Tovuz rayonu ərazisində yerləşən mənzilə daxil olaraq oradan 85 manat və ümumi dəyəri 185 manat olan bəzək əşyaları oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.