Məhkəmə işi: "Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Məhkəmə işi: "Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Akif Çovdarovun hökmü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Çovdarovla bağlı illər əvvəlki hökmdən keçmiş polis əməkdaşı Neman Kərimov şikayətçidir.

2015-ci ildə N.Kərimov A.Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdı. İttihamda yazılırdı ki, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov "Elit" hotelində iki qızla qalarkən MTN əməkdaşları basqın edərək onları nazirliyə aparıblar. MTN-də ona Sevinc Rüstəmova adlı şəxsə 30 min manat borcu olduğunu deyiblər. İdarə rəisi Çovdarov onu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib, sonradan 80 minə razılaşıblar. Həmin pulun 20 min manatı Sevinc Rüstəmovaya verilib, 60 mini isə hədə-qorxu ilə tələb etməklə ələ keçirilib. Kərimov özü isə pulu verdikdən sonra sərbəst buraxılıb.

Zərərçəkmiş əvvəllər ona dəymiş maddi və mənəvi ziyana görə Akif Çovdarov və polkovnik Səlim Məmmədovdan təzminat tələb etsə də, məhkəmə onun iddiasını təmin etməyib.

9 il sonra, bu günlərdə Neman Kərimov ona geri ödənilməmiş 60 min manat ziyanın qaytarılması tələbi ilə apellyasiya şikayəti verib. Onun niyə görə bu qədər müddət sonra pulunun arxasınca düşməsinin səbəbi bilinmir.

Qeyd edək ki, A.Çovdarov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. O, bir neçə il sonra əfv edilib. General rütbəsindən məhrum edilən Çovdarovun 30 milyonluq əmlakı da bu yaxınlarda müsadirə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 22.08.24 14:10