Bakıda vəzifəli şəxsdən silah gücünə 4 milyon manat tələb edənin cəzası azaldıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Bakıda vəzifəli şəxsdən silah gücünə 4 milyon manat tələb edənin cəzası azaldıldı

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə dörd milyon manatdan çox pul tələb etməkdə təqsirli bilinərək 14 il müddətinə məhkum edilmiş Vahid Xələfovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müttəhimin bəraəti istənilib.

Yuxarı instansiya məhkəməsi şikayəti araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin hökmünü dəyişib.

Xələfova "xuliqanlıq" və "zor tətbiq etməklə özbaşınalıq" maddələri ilə verilmiş ittiham ləğv edilib. Qərara əsasən, H.Xələfovun cəzası 14 ildən 13 ilə endirilib.

Qeyd edək ki, hadisəyə səbəb müttəhimlə zərərçəkmiş arasında əvvəldən yaranan pul mübahisəsi olub.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan "MP-654K" markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4 165 000 manat pul tələb edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Xələfov ittiham olunduğu bütün maddələrlə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 22.08.24 13:44