Qisas almaq üçün qardaşının keçmiş arvadını bıçaqladı - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Qisas almaq üçün qardaşının keçmiş arvadını bıçaqladı - MƏHKƏMƏ

Naxçıvanda qisas məqsədi ilə qardaşının keçmiş arvadı Sitarə Qasımovanı bıçaqlamaqda təqsirləndirilən Afəddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report" xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında A.Əliyev doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu il aprelində Şərur rayonun Həmzəli kəndində qeydə alınıb.

A.Əliyev qisas məqsədilə qardaşı keçmiş arvadı Sitarə Qasımovaya bıçaqla xəsarətlər yetirib.

Ona Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Məlum olub ki, bir müddət əvvəl A.Əliyevin qardaşı Sultan Əliyev S.Qasımovanın qardaşı Hüseyn Qasımov tərəfindən qətlə yetirilib.

Məhkəmədə ifadə verən A.Əliyev bildirib ki, qardaşı Sultan Bakıda həmkəndlilərinin toyundan çıxıb evə gedən zaman Sitarənin qardaşı Hüseyn də dönərxanadan bıçağı götürüb, Sultanın arxasınca gedib və Abşeron rayonun Mehdiabad qəsəbəsində onu qətlə yetirib:

"Sultan yoldaşı Sitarədən boşandıqdan sonra ona 3000 manat aliment borcu olub. Qardaşım öldükdən sonra məsciddə yuyulan videosuna baxaraq, onun beyninin və qarnının yarılmış vəziyyətdə olduğunu gördüm. Bu mənə çox təsir etmişdi. Tezliklə qisas almaq istəyirdim. Qardaşımı Bakıda dəfn etdikdən təxminən bir həftə sonra Şərura qayıtdım. Özümə Hüseyngilin ailəsindən birini öldürməyi söz vermişdim".

Afəddin Əliyev bir gün Hüseyngilin evinin yanından keçəndə kiminsə olub-olmadığını yoxlamaq üçün evə daxil olub. Bu zaman evdə Hüseynin bacısı Sitarəni görüb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, Sitarəni öldürmək üçün ona yeddi dəfə bıçaq zərbəsi endirib.

Elə həmin vaxt hadisə yerinə Sitarənin anası Pakizə gəlib. O, əlini Afəddinin ağzına salaraq yerə yıxıb. Həmin vaxt Afəddin Pakizə Qasımovanı da sinəsindən bıçaqla vurmaq istəyib. Sitarə Qasımova ifadəsində deyib ki, Afəddin Əliyevin hərəkətlərinin qarşısını almaq üçün onun üstünə qaynar su töküb. Daha sonra o, qaçaraq evdən uzaqlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 21.08.24 17:17