Övladlarını böyütmək üçün süpürgəçilik edən qadını oğlu qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Övladlarını böyütmək üçün süpürgəçilik edən qadını oğlu qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Mingəçevirdə baş vermiş dəhşətli qətllə bağlı bəzi detallar məlum olub.

Qonşuların sözlərinə görə, səs-küy eşidərək qapını döyməyə başlayıblar:

"20 ilə yaxındır Natella Çıraqova ilə qonşuyuq heç bir problem olmayıb. Ana, qızı və oğlu yaşayırdı, yoldaşı Kəlbəcərlidir. 2 il olar ki, ayrı yaşayırlar, lakin boşanmayıblar. Əri sonuncu dəfə yeni ildə gəlib uşaqlara dəydi, səssiz-səmirsiz getdi.

Hətta Natella Çıraqova ailəsini saxlamaq üçün bəzi vaxtlarda palaz yuyur, süpürgəçilik də edirdi. Qızını da çətinliklə universitetdə oxudurdu. Bu il ikinci kursa başlayacaqdı.

Onlar sonuncu dəfə birlikdə mehriban ailə yeməyi yedilər daha sonra oğlu həyətə düşdü. Ardınca anasını öldürdü".

* * * * * *

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin bəzi detalları məlum olub.


Oxu.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Rəşad Çıraqov anası, 45 yaşlı Natella Çıraqovanı qısqanclıq zəminində qətlə yetirib.

Hadisə onların birlikdə yaşadıqları evdə gecə saatlarında baş verib.

Məlumatlara görə, N.Çıraqova ərindən boşanıbmış. O, süpürgəçi işləyirmiş.

* * * * *

Avqustun 20-də 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Natella Tapdıq qızı Çıraqovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, N.Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Xalid oğlu Çıraqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Mingəçevir Şəhər Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 197 21.08.24 11:35