Qızına xəsarət yetirən atanın məhkəməsi: "Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Qızına xəsarət yetirən atanın məhkəməsi: "Əxlaqsız şəkillərimi görüb məni bıçaqladı"

Bakıda qızını öldürməyə cəhddə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəna Cavadova ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun atasıdır:

"Mənim telefonumda müəyyən əxlaqsız şəkillərimi görüb. Həmin şəkilləri özü üçün götürmüşdü. Mən də şəkilləri onun telefonunda gördüm. Şəkillərimi heç yerdə paylaşmamışdım. Atam mənə bıçaqla xəsarət yetirəndə yanımızda heç kim yox idi. Mən üzümü tutmuşdum, 5 bıçaq zərbəsi vurub mənə. Sonra isə qonşu gəldi. Atamla bağlı heç bir şikayət və tələbim yoxdur".

Məhkəmədə məlum olub ki, zərərçəkən Rəna Cavadova özündən 14 yaş balaca oğlanla sevgi yaşayıb. 6 il bundan qabaq ilk həyat yoldaşından ayrılıb. Onlarla bir binada yaşayan Mirəli Quliyev Rənanın atasına yaxınlaşaraq deyib ki, sən necə kişisən, sənin qızının lüt şəkilləri mənim oğlumun telefonundadır. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək, qızını öldürmək istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 3-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovaya 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 20.08.24 18:55