Qusarda bir neçə gündür itkin düşən və meyiti tapılan 1981-ci il təvəllüdlü Ramiq Radik oğlu Əhmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Ramiq Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində gizir vəzifəsində işləyib və vəzifəsindən bir ay öncə öz istəyi ilə ayrılıb.
Ramiq Əhmədov ailəli olub, bir qızı və bir oğlu var.
Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, mərhum bu gün saat 11:00-da yaşadığı Hil kəndində dəfn olunub.
* * * * * *
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.