Tofiq Yaqublunun vəsatəti təmin edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Tofiq Yaqublunun vəsatəti təmin edilib

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Aqil Layıc vəsatətlə çıxış edərək zərərçəkmiş Elşən Hüseynovun əmlak alqı-satqısının müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu göndərilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra T.Yaqublu deyib ki, Bakı İstintaq Təcridxanasında onun qeydlərini əlindən alıblar: "Mənim qeydlərini qaytarsınlar. Mənim Elşən Hüseynova veriləsi suallarım var. Həmin sualları ora qeyd etmişdim".

Hakim bildirib ki, bu məsələnin araşdırılması üçün müvafiq quruma məktub göndəriləcək.

Növbəti proses avqustun 23-də davam edəcək.
İttihama görə, T.Yaqublu E.Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.

Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

T.Yaqublu və E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 16.08.24 18:37