Mütəşəkkil dəstənin cinayət işi: "Qardaşının söhbətinə getdi, bıçaqlandı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |    

Mütəşəkkil dəstənin cinayət işi: "Qardaşının söhbətinə getdi, bıçaqlandı"

Bakıda vətəndaşa bıçaqla xəsarət yetirərək xuliqanlıq etməkdə təqsirləndirilən, Cinayət Məcəlləsinin 126.2.4, 221 və 228.4-cü maddələri ilə ittiham olunan 4 nəfərdən ibarət dəstənin məhkəməsində əsas şahidlərdən biri dindirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid Elçin Nəbiyev ifadə verərək bildirib ki, zərərçəkmiş Mirəhməd Sadıxovla dostdur və o xəsarət alan gün bir yerdə olublar:

"Hadisə baş verən gün Aqşin, Adil, Oqtay və Mirəhmədlə NZS qəsəbəsində kafedə oturub birgə çay içdik. Həmin vaxt Ramildən Mirəhmədə zəng gəldi və onlar telefonda mübahisə etdilər. Mənə dedilər ki, qardaşımın bir problemi var, bizi o məkana aparmaq lazımdır. Mən də uşaqları Şıxovdakı "Dostluq" kafesinə apardım. Daha sonra qarşı tərəf həmin məkana VAZ-2107 markalı avtomobillə gəldi. Maşından Ramil, Nihad və tanımadığım Sumqayıt uşaqları olan Neyman və Fuad düşdü. Həmin vaxt Ramilin əlində beysbol dəyənəyi, Nihadın əlində isə bıçaq var idi. Onlar Mirəhmədlə qıraqda xeyli söhbət etdilər. Sonradan bildik ki, orada nəsə olub. Ramil Mirəhmədə dedi ki, dostluğumuz olub, sənin qardaşının problemi var, sonra söhbət edərik. Həzrətin üzərində odlu silah olmağını bilmirdim. Mirəhmədin əlində isə bıçaq var idi. Bir az keçmiş Mirəhməd yaralandı, dərhal götürüb apardıq Müşfiq qəsəbəsindəki evlərinə, avtomobili Həzrət sürdü. Mirəhməd maşında olan zaman dedi ki, Ramil məni bıçaqla vurub".

Məhkəmə prosesi avqust ayının 30-na kimi təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxslər Nihad Xəlilov, Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan bıçaqla vətəndaş Mirəhməd Sadıxova qarşı zor tətbiq edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.

Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Nihad Xəlilov ev dustaqlığı, Ramil Dadaşov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 09.08.24 15:16