Mojo.az Banner
21:31 Trampdan Venesuela ilə bağlı yeni tapşırıq  |     21:24 Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"  |     21:17 Şahruddindən maraqlı paylaşım — FOTO  |     21:11 Bu şəxslərə çuğundur YEMƏK OLMAZ  |     21:03 Almaniya səfiri İran XİN-ə çağırıldı  |     20:57 Azərbaycanın ən gənc generalı oldu  |     20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |     20:22 Kamran Əliyev prokuroru vəzifəsindən azad etdi  |     20:20 Yüksək vəzifəyə təyin edilən Tural Feyzullayevlə bağlı MARAQLI MƏLUMATLAR  |     20:12 Ən yüksək maaşlı vakansiyalar bu sahədədir...  |     19:55 Bakıda marketin qarşısında kameralar önündə bıçaqlanma: "Oğlunu narkotikə qurşandırdığımı dedi"  |     19:41 Ötən il işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb  |     19:36 Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar  |     19:30 Masallıda üçəm dünyaya gəlib  |     19:22 Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb  |     19:17 Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var  |     19:09 Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb  |     19:03 Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb  |     18:55 İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq  |    
Left Banner
Right Banner

Yarım milyon manata yaxın mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs barədə qərar verildi

06.08.2024 20:44 1 137
Yarım milyon manata yaxın mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs barədə qərar verildi
Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan, ləğv edilmiş "Yunayted Kredit Bank" ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.

Qeyd edək ki, Vahid Əliyev 2017-ci ildə həbs olunub. O, banka pul qoyan 15 müştərinin 500 000 manata yaxın pulunu mənimsəməkdə ittiham edilib.

Xatırladaq ki, 2016-cı ildə "Yunayted Kredit Bank" ASC-nin lisenziyası ləğv olunub.скачать dle 11.3