Bakıda avtomobil qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində baş verib. Taksi sifariş etmiş iki nəfərin sürücünü döyüb bıçaqla hədələyərək "Chevrolet" markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 37 yaşlı Əli Kazımlı və 30 yaşlı Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.