Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Sabiq vəzifəli şəxsin məhkəməsi sentyabra qədər uzanacaq

06.07.2024 14:03 2 331
Sabiq vəzifəli şəxsin məhkəməsi sentyabra qədər uzanacaq
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev və Hesablama Palatasının əməkdaşı İntiqam Hacıyevin məhkəməsi başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərdən R.Hacıyev həbsdədir, İ.Hacıyev isə sərbəst mühakimə edilir.

İlk iclasda R.Hacıyevin də ev dustaqlığına buraxılması istənilib. Müdafiə tərəfi şəxsin bəlli bir yaşayış yerinin mövcudluğunu, istintaqdan yayınma fikrində olmadığını vəsatətin təmin edilməsinə əsaslar kimi göstərib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti isə əks fikirdə olub. Vəsatət rədd edilib.

Növbəti iclas sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. R.Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, İ.Hacıyev isə rüşvət alınmasına vasitəçilikdə ittiham olunur.

Son xəbərlər