Xocalıda yabanı halda bitən 3 958 kq çətənə bitkisi məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib.
Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Daşbulaq kəndi ərazisində yabanı halda bitən 6616 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.