Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - FOTO / VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |    

Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - FOTO / VİDEO

"Zamin Əmlak Agentliyi"nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo"nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, istintaqın gedişində daha 5 nəfər - Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov həbs edilib. Həmçinin onların əməllərindən zərər çəkənlərin də sayı artaraq 117 nəfərə çatıb. Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.

Agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.

Bu iş üzrə ilk məhkəmə iclası keçirilib. Zərərçəkmiş şəxslərin çoxu iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplaşıblar.

Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsinə başlanılıb. İşdə tərəflərin sayı çox olduğundan proses təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq orqanının vəsatəti, prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 11.06.24 14:33