Xətai rayonunda saxlanılan üç kuryerdən 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.
Median.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb.
Onlardan külli miqdarda heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb.
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxslərdən biri cinsi azlıq nümayəndəsidir və Bakıda “Demet” adı ilə tanınır.