Prokuror İlkin Süleymanovun cəzası haqda təklifini verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |    

Prokuror İlkin Süleymanovun cəzası haqda təklifini verdi

10 yaşlı Nərmin cinayəti ilə bağlı məhkum edilmiş İlkin Süleymanovun şikayəti üzrə məhkəmə baxışı yekunlaşır.

"Qafqazinfo"nun məlumatına görə, şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılıb.

İlkin Süleymanov özünü təqsirli bilmir. Onun işi üzrə məhkəmə araşdırması 2 ilə yaxın davam edib. Təqsirləndirilən şəxsin vəkillərinin vəsatətləri əsasında əlavə şahidlər də məhkəmədə ifadə veriblər.

Vəkillər çıxışlarında İlkin Süleymanovun cinayətlə əlaqəsinin olmadığını deyərək bəraət qərarı çıxarılmasını xahiş ediblər.

Mərhum Nərminin atası isə İlkini günahkar hesab edir. Bu səbəbdən hökmdən o da apellyasiya şikayəti verib. Şərif Quliyev qızının qətlinə görə İlkin Süleymanovun ömürlük məhkum edilməsini istəyib. O, məhkəmədə ifadəsində müdafiə tərəfinin əksər suallarına cavab verməkdən yayınıb. Müdafiə tərəfi hüquqi varisin hərəkətinə, həmçinin məhkəməyə etiraz edib. Bundan sonra vəkillər əlavə nə isə deməyə ehtiyac görməyiblər.

Prokuror çıxış edərək həm İlkin Süleymanov, həm Şərif Quliyevin şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 il azadlıqdan məhrumetmə cəzasının eynən qüvvədə saxlanılmasını tələb edib.

Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti iclası iyunun 10-na kimi təxirə salındığını elan edib.

Xatırladaq ki, hadisə 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib.

İttihamda deyilir ki, İlkin Süleymanov oğurladığı 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb, izi itirmək üçün cəsədini yandırıb.

İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 22.05.24 19:49