Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Murad Əliağazadə müəyyən olunaraq saxlanılıb.
Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Hikmət Sədullayev isə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.