Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xadimə işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.