Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:19 Xankəndi və Ağdərənin keçmiş qondarma “merləri” Ermənistanda tutuldu  |     18:00 Nazirliyin keçmiş əməkdaşı yenidən məhkəməyə üz tutdu  |     17:53 Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar  |     17:48 AAYDA ilə vətəndaş arasında torpaq qalmaqalı  |     17:40 İranın qərbində qaz kəməri partlayıb, ölənlər var  |     17:32 30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     17:18 Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir  |     17:16 Azərbaycan paraatleti: "Dördqat dünya çempionu olmaq mənim üçün qürurvericidir"  |     17:05 DİN-dən ƏMƏLİYYAT: Maşın oğrularının saxlanılma görüntüləri - FOTO/VİDEO  |     17:00 Nərgiz Absalamovanın həbs müddəti uzadıldı  |     16:18 Azərbaycan manatının dövretmə sürəti azalıb  |     16:10 Rusiya son vaxtlar niyə atəşkəs istəyir? - ISW izah edir  |     16:03 Tanınmış idmançıların ilkin istintaqı bitdi  |     15:57 "Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? - 500 minlik oğurluq işi...  |     15:46 Əhaliyə xəbərdarlıq - Bu günlərdə telefonla danışmayın  |     15:39 Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi  |     15:31 "Qarabağ"ın futbolçusu Kamerunla oyun üçün milliyə çağırıldı  |     15:26 Bakıda sotu bir milyon manata torpaq sahələri satılır (VİDEO)  |     15:10 İlhamə Quliyeva ilə bağlı ŞOK İDDİA - Oğlunu universitetdən və işlədiyi şirkətdən qovdurub - VİDEO  |     15:06 Əmlak kirayə verib və ya alarkən ehtiyatlı olun - Ekspertdən xəbərdarlıq  |    

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Dağlı tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı idi. Vətəndaşların kifayət qədər sevgisini və dərin hörmətini qazanan söz ustadının azadlığa çıxmasını istəyən kifayət qədər insan var.

Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti "əfv sərəncamını" verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir.

Bəs, görəsən, "əfv sərəncamı" ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, cəzadan və cinayət məsuliyyətindən azad etməyin bir neçə forması var:

"Cəzadan və cinayət məsuliyyətindən azad etməyin əsas növləri amnistiya və əfvetmədir. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində, yəni kütləvi şəkildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Bunun nəticəsində cinayət törətmiş şəxslər, cinayət məsuliyyətindən azad oluna bilər, onların cəzalarının müddəti azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər, o cümlədən həmin şəxslərin üzərindən məhkumluqları götürülə bilər".

Hüquqşünas qeyd edir ki, "əfvetmə" birbaşa fərdi qaydada təyin olunmuş şəxslər barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən bir sənəddir.

Onun sözlərinə görə, cinayət törətməyə görə məhkum olunan şəxslər "əfv sərəncamı" ilə faktiki olaraq cəzalarından tam azad oluna bilərlər və ya həmin cəzaların bir hissəsi ləğv olunub, azaldıla bilər: "Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər var ki, bu şəxslərin də "əfv sərəncamı"na düşməsi mümkündür və onların cəzası 25 ildən çox olmayan müddətə əvəz oluna bilir. Eyni zamanda şəxslərin üzərindən məhkumluqları götürülür".

Ramil Süleymanov əlavə edib ki, meyxanaçı Rəşad Dağlı cəzasının təxminən 1 il və yaxud il yarımını çəkib, amma hazırki halda "əfv sərəncamı" ona şamil olunmayacaq, çünki hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarsını çəkmiş olmalıdır. Cəzanın yarısı çəkildikdən sonra şəxsin özü və ya yaxın qohumları tərəfindən müvafiq qaydada ərizə ilə Əfv Komissiyasına müraciət olunmaqla şəxsin əfv olunmasına nail olmaq mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 16.04.24 14:40