Mojo.az Banner
22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:16 Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu  |     22:11 Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb  |     22:03 Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü  |     21:56 "Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış  |     21:51 Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi - VİDEO  |     21:43 Şənbə günü hava necə olacaq?  |     21:37 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı  |     21:30 Bu ölkələr Azərbaycanda səfirlik açır  |     21:21 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub  |     21:09 Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi  |     21:04 Laçının bəzi kəndləri birləşdiriləcək  |     20:55 Azərbaycanın bu qədər xarici dövlət borcu var  |     20:50 Biləsuvarda 16 kq narkotik vasitə aşkarlandı  |     20:43 İran uran ehtiyatlarını bu dağın altına köçürüb - Video  |    
Left Banner
Right Banner

Səkkiz il öncə quldurluq edən şəxslər saxlanılıblar

16.02.2024 12:31 2 379
Səkkiz il öncə quldurluq edən şəxslər saxlanılıblar
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində səkkiz il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi aşkar olunub.

Həmin şəxslərin hazırda cəzaçəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib. Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki kisəyə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus bir ədəd daraq və 27 patron aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner