Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış

13.03.2026 21:56 633
Bakıda kooperativ binalarda 1000-ə qədər liftin dəyişdirilməsinə vəsait ayrılması istənilir.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlament sədrinin birinci müavini Əli Əhmədov deyib ki, təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərdə quraşdırılan liftlərin istismar müddəti çoxdan başa çatıb.

Əli Əhmədov qeyd edib ki, həmin binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir: “Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hökumət bu məsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda qısa müddətdə risklər yarana bilər. Xahiş edirəm ki, hökumət vəsait ayırsın və 5–10 illik proqram çərçivəsində bunun reallaşması üçün addımlar atsın”.скачать dle 11.3
Mojo.az Banner