Masallı sakini Göyçayda külli miqdarda narkotik və avtomatla tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:19 Azərbaycanda qazi həmyaşıdını bıçaqladı  |     12:18 Nazirdən daha bir əmr: İdarə rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB  |     12:16 Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - AÇIQLAMA (YENİLƏNİB)  |     12:14 Dünya bazarında neft qiymətləri artıb  |     12:13 Bakıda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb  |     12:12 Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO  |     12:11 Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb  |     12:11 UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür  |     12:10 Bu günədək 6 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb  |     12:09 Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul olunub  |     12:07 Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni vaksin əlavə olunub  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     11:53 Sumqayıtda 15 yaşlı qız itkin düşüb  |     11:39 Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb  |     11:38 Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO  |     11:37 “Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi  |     11:36 Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO  |     11:34 Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı - YENİLƏNİB (VİDEO)  |     11:31 Naxçıvan Dövlət Universitetinin dosenti vəfat etdi  |     11:25 Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək  |    

Masallı sakini Göyçayda külli miqdarda narkotik və avtomatla tutuldu

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyri-leqal yollarla ölkəyə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər də qaçaqmalçılıq və narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum edilmiş 29 yaşlı Elməddin Rzayev saxlanılıb. Onun üzərində olan bağlamaya baxış keçirilərkən 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri və odlu silahı “WhatsApp” vasitəsilə əlaqə yaratdığı İran vətəndaşından onlayn yolla aldığı müəyyən edilib.

Qeyd edək ki, E.Rzayev 2019-cu ildə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə gətirmək istəyərkən yaxalanaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            414 22.01.24 13:07