Ağdaşda əməliyyat: Saxlanılanlar var - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:09 Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb  |     17:59 Sabah Olimpiadada hansı idmançılarımız mübarizəyə qoşulacaq?  |     17:45 Azərbaycanda mikroavtobus vəzifəli şəxsi vurub öldürdü  |     17:23 Azərbaycan minimum əməkhaqqı 600 manat olacaq? - AÇIQLAMA  |     17:21 Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı - FOTO / VİDEO  |     17:18 Azərbaycanda bir kəndə giriş-çıxış bağlandı - SƏBƏB  |     17:16 Qubada DƏHŞƏT: Ata oğlunun asılmış meyitini tapdı  |     15:47 31 yaşlı kişinin meyiti tapıldı  |     15:42 Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb  |     15:22 Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  |     15:19 "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü  |     15:18 Qubadlıda ağır qəza: Xəsarət alanlar var  |     15:17 Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı  |     15:15 Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi  |     15:03 Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi  |     14:57 İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək  |     14:50 Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb  |     14:49 Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)  |     14:47 Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."  |     14:46 Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri - VİDEO  |    

Ağdaşda əməliyyat: Saxlanılanlar var - VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinən ümumilikdə 9 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb. Ona məxsus evə baxış keçirilərkən oradan kisələrdə və 37 ədəd bükümdə ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin, marixuana və metamfetamin aşkarlanıb.

Noyabr ayının əvvəllərində isə rayonun Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 071 14.11.23 12:15