Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

42 kiloqram narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

06.11.2023 16:05 1 164
42 kiloqram narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, noyabr ayının 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Həmin tarixdə, saat 18:35-də Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində bir nəfər İran vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib, üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kq metamfetamin, 28 kq marixuana, 0,50 qr tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 2000 ədəd “Metadon M-40”, 600 ədəd “Pregabalin-150” müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.

Noyabrın 4-də saat 10:55-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner