Sumqayıtda "patı" satan qadın saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |    

Sumqayıtda "patı" satan qadın saxlanıldı

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

Median.Az
APA-ya istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin Corat qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddə olan "patı"və "şüşə" adlanan metamfetaminin, heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər şəxs saxlanılıb.

Onların Elmar Teymurov, Könül Sadıqova, Kamran Əliyev və Elçin Şükürov olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb.

Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və müxtəlif illərdə 20 il məhkumluq həyatı yaşamış Elmar Teymurov və Kamran Əliyevdən heroin, Elçin Şükürovdan marixuana, "patı" adlandırılan metamfetamin və Könül Sadıqovadan metamfetamin aşkarlanıb.

Həmin şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 29.07.21 13:42