Lənkəranda “patı” satan doqquz nəfər saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:13 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:11 Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO  |     12:36 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU  |     12:24 Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi  |     12:22 Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq  |     12:21 Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?  |     12:19 Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək  |     12:18 Dünya bazarında neft qiymətləri artıb  |     12:17 Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb  |     12:15 Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular  |     12:12 İçərişəhərə giriş məhdudlaşdırılacaq - SƏBƏB (FOTO)  |     12:10 Bərdədə kişi intihar edib  |     12:09 “Traktor”un ispaniyalı baş məşqçisi istefa verib  |     12:07 Azərbaycanda vəzifəli şəxs vəfat edib  |     12:05 Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     12:05 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA  |     11:56 Maştağada 51 yaşlı qadını avtomobil vurub  |     11:56 Həftəsonu qitənin yaşıl meydanlarında futbol həyəcanı - AFİŞA  |     11:54 Bakıda gənc qızı avtomobil vurub  |    

Lənkəranda “patı” satan doqquz nəfər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə “patı” və “şüşə” (metamfetamin) kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan doqquz nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb.

Onlardan satış üçün nəzərdə tutulan hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar.

Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, dörd ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 27.07.21 13:18