Polis Şəkidə əməliyyat keçirdi: Keçmiş məhkumdan “patı” götürüldü - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:02 Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR  |     16:57 Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA  |     16:51 “Red Bull”da daha bir ayrılıq yaşana bilər  |     16:34 Azərbaycanlı aparıcıya ağır itki  |     16:19 Suqovuşan su anbarına balıq körpələri buraxılıb  |     16:05 FHN azyaşlıları xilas etdi - VİDEO  |     15:53 Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA  |     15:51 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |     15:38 Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək  |     15:35 Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO  |     15:18 Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     15:04 Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO  |     15:03 Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib  |     15:01 Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA  |     14:29 Dilan Polat həbsxanada intihara cəhd edib  |     14:16 Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı  |     13:13 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:11 Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO  |     12:36 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU  |     12:24 Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi  |    

Polis Şəkidə əməliyyat keçirdi: Keçmiş məhkumdan “patı” götürüldü - FOTO + VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Tural Cabbarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun “Dərə hamamı” kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman oradan 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Cabbarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 26.07.21 13:10