Ağdaş sakinləri “patı” ilə saxlanıldı -VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:29 Dilan Polat həbsxanada intihara cəhd edib  |     14:16 Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı  |     13:13 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:11 Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO  |     12:36 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU  |     12:24 Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi  |     12:22 Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq  |     12:21 Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?  |     12:19 Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək  |     12:18 Dünya bazarında neft qiymətləri artıb  |     12:17 Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb  |     12:15 Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular  |     12:12 İçərişəhərə giriş məhdudlaşdırılacaq - SƏBƏB (FOTO)  |     12:10 Bərdədə kişi intihar edib  |     12:09 “Traktor”un ispaniyalı baş məşqçisi istefa verib  |     12:07 Azərbaycanda vəzifəli şəxs vəfat edib  |     12:05 Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     12:05 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA  |     11:56 Maştağada 51 yaşlı qadını avtomobil vurub  |    

Ağdaş sakinləri “patı” ilə saxlanıldı -VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı, eləcə də çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Araz Cabbarov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin də qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub və faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 24.07.21 17:41