Bu gün Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində ölkə üzrə istintaqı tamamlanan cinayət işlərinin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, cari il ərzində respublika üzrə cəmi 8 197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6 399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.