Sabirabadda qətl hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.
Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızı naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.
Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.