Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |     16:53 Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq  |     16:40 MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib  |     16:31 Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?  |     16:28 Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO  |     15:24 Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat  |     15:04 Mayın 5-də növbəti imtahanlar keçiriləcək  |     15:03 Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO  |     15:01 Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA  |     14:54 Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb  |     14:50 İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”  |     13:18 Kərim Benzema “Real Madrid”ə qayıdıb  |     13:10 Füzuli sakinlərinə ŞAD XƏBƏR  |     12:50 Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? (VİDEO)  |     12:46 Küləkli hava nə vaxtadək davam edəcək?  |     12:44 "İphone 16"nın görüntüləri sızdırıldı - Apple-dən təəccüblü dəyişiklik  |     12:42 “Alatava” ilə bağlı QƏRAR VERİLDİ  |    

Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oyun zalından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba rayonu ərazisində yerləşən oyun zallarının birindən 3 ədəd “Playstation-3” aparatının və həmin aparatlara aid 4 ədəd pultların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Qusar rayon sakini Elxan Xəlilov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı E.Xəlilov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 26.03.21 11:31