Zaqatalada karantin rejimini pozanlar cərimələnib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
Küçəyə çıxan vətəndaşlar polis əməkdaşları tərəfindən yoxlanılan zaman üç nəfərin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib.
Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri - Əhməd Xudaverdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.