Şəmkirdə seksual xarakterli zorakılıq hərəkətlərində təqsirləndirilən A.Q.-nin barəsində olan ibtidai istintaq başa çatıb.
A.Q.-nin cinayət işi materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.
İttihama görə, A.Q. azyaşlı bacısı qızı S.M.-yə qarşı seksual xarakterli hərəkətlər edib. Bundan xəbər tutan azyaşlının valideynləri polisə müraciət edib.
Barəsində həbs-qətimkan tədbiri seçilən A.Q.-yə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar şəkildə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.